"İşəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır"


Digərləri 23 Yan 2019 13:57:06 227 0

"İşəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır"

Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili ilə bağlı bu yaxınlarda qəbul edilən strateji yol xəritəsinə uyğun olaraq işəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu mexanizm peşə və peşə təlimi müəssisələri ilə əməkdaşlıq edən işəgötürənlərə şamil olunacaq.