“Gətirdim ki, işləyəndə çəkim” Qarnından narkotik çıxan şəxsin


Kriminal 23 Yan 2019 13:45:00 399 0

“Gətirdim ki, işləyəndə çəkim”  Qarnından narkotik çıxan şəxsin

Şəkidən Daşkəsənə narkotik gətirən şəxs polis tərəfindən saxlanılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Yaşar Şəfiyevi şübhəli şəxs qismində saxlayıblar. Üzərinə baxış zamanı onun qarnında narkotik vasitə olan marixuana gizlətdiyi müəyyən edilib. Nicat Cəfərli - müstəntiq: "Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman şalvarın önündə, qarın nahiyəsində gizlətdiyi paketin içərisindən təmiz çəkisi 312 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb". Əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayan Yaşar Şəfiyev istintaqa ifadəsində narkotik vasitəni Şəki şəhəri ərazisində yol kənarından topladığını və şəxsi istifadəsi üçün Daşkəsən rayonuna gətiriyini deyib. Yaşar Şəfiyev - saxlanılan şəxs: "Şəkidən yolun qırağından yığmışdım. Çəkəniyəm. Orada bir-iki dəfə özüm istifadə etdim. Daşkəsənə işləməyə gəldim. Gətirdim ki özümçün işləyəndə istifadə edim". Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar