Qulam İsaqzai: "Biznes sektoru gənclərin məşğulluğunun təmini sahəsinə öz töhfəsini verməlidir"


Siyasət 23 Yan 2019 13:32:00 266 0

Qulam İsaqzai: "Biznes sektoru gənclərin məşğulluğunun təmini sahəsinə öz töhfəsini verməlidir"

Biznes sektoru gənclərin məşğulluğunun təmini sahəsinə öz töhfəsini verməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, özəl sektorlar öz ehtiyaclarını düzgün qurmalı və işçilər üçün düzgün şəraitin yaradılması, rəqabətliliyinin artırılması əsas hədəf olmalıdır.

Q.İsaqzai qeyd edib ki, əmək bazarında müəyyən dəyişikliklər edilməli, xarici investorlar və digər aidiyyəti qurumlar bir araya gəlməlidirlər: "Sosial partnyorlar müəyyən platforma yaratmalıdırlar. Azərbaycan dövləti öz öhdəliklərini yerinə yetirməklə dayanıqlı inkişafa nail olacaq".