ATVnin serialları reytinq qurbanı oldu


Şou-biznes 23 Yan 2019 13:40:00 293 0

ATVnin serialları reytinq qurbanı oldu

"Azad Azərbaycan" telekanalında yayımlanan daha bir serial reytinq qurbanı olub

"Azad Azərbaycan" telekanalında yayımlanan daha bir serial reytinq qurbanı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, "Təhminə və Zaur" serialından sonra "Sevgi naminə" adlı ekran işi də yayımını dayandırır.

Bu barədə məlumatı serialın baş rollarından birini canlandıran əməkdar artist Anar Heybətov da təsdiqləyib:

"Bəli, serialımız 18-ci seriya ilə ekranla vidalaşır. Səbəbini isə bilmirəm".