Prezident İlham Əliyev “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitseprezidenti ilə görüşüb


Siyasət 23 Yan 2019 13:14:00 208 0

Prezident İlham Əliyev “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitseprezidenti ilə görüşüb

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Suez Group" şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Erik Gebali "Suez Group"un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasından danışdı. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev "Suez Group" ilə əməkdaşlıq çərçivəsində görülən işlərin əhəmiyyətini vurğuladı, şirkətlə əməkdaşlığın ölkəmizdə su infrastrukturunun daha da təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd etdi.