Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb FOTO


Siyasət 23 Yan 2019 13:15:00 222 0

Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "Equinor" (keçmiş "Statoil") şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə "Azəri-Çıraq-Günəşli" yataqlar bloku ilə bağlı SOCAR-la "Equinor" şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlətimizin başçısı "Equinor"un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirdi.

Söhbət zamanı "Qarabağ", "Əşrəfi", "Dan ulduzu" perspektiv layihələri və "Dədə Qorqud" qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparıldı.


Xəbərə aid fotolar