Prezident İlham Əliyevin “VTBBank”ın prezidenti ilə görüşü olub


Siyasət 23 Yan 2019 13:08:49 195 0

Prezident İlham Əliyevin “VTBBank”ın prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "VTB-Bank"ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə "VTB-Bank" ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.