Nazir müavini məşğulluqla bağlı problem yaradan əsas amillərdən danışdı


Digərləri 23 Yan 2019 12:33:00 256 0

Nazir müavini məşğulluqla bağlı problem yaradan əsas amillərdən danışdı

Bəzən bizim əmək bazarında lazım olmayan sayda kadrların hazırlanması, hazırlanan kadrların hazırlıq səviyyəsinin isə işəgötürənlərin tələblərinə cavab verməməsi məşğulluqla bağlı problem yaradan əsas amillərdən biridir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclərin məşğulluğu sahəsində problemlərin yaranmasına səbəb təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun olmasıdır: "Bu gün peşə təhsili sistemində ciddi islahat tədbirləri həyata keçirilir".