Alışanovun ən yaxın kadrı işdən çıxarıldı


Digərləri 23 Yan 2019 12:34:00 198 0

Alışanovun ən yaxın kadrı işdən çıxarıldı

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov "təmizləmə əməliyyatı"na başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılmasına diqqət yönəldib. Bu səbəbdən QSC-nin maliyyə idarəsinin rəisi Şahrza Əliyev və müavinləri vəzifəsindən azad olunub. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb.

Televiziyanın maliyyə idarəsinə isə yeni rəhbər təyin olunub.