Neft quyusunun borusunu oğurlamaq istəyən 3 nəfər saxlanılıb


Digərləri 23 Yan 2019 12:23:00 204 0

Neft quyusunun borusunu oğurlamaq istəyən 3 nəfər saxlanılıb

Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

Bakı. Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.