Çin ABŞın dövlət borclarına qoyulan investisiyaları azaltmayacaq


Dünya 23 Yan 2019 11:51:00 200 0

Çin ABŞın dövlət borclarına qoyulan investisiyaları azaltmayacaq

Çin ABŞ-ın borc öhdəlikləri bazarına qoyulan investisiyaların həcmini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırmır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Qiymətli Kağızlara Nəzarət Komitəsinin sədr müavini Fan Sinhay Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, Çin xaricə sərmayə qoymalıdır, ABŞ dövlət istiqrazları bazarı isə bunun üçün ideal yerdir.