Fərda: “Kim üzərimdən pul qazanmaq istəyirsə, onu 3 gün yeyə bilər, ondan artıq yox"


Şou-biznes 23 Yan 2019 11:46:00 261 0

Fərda: “Kim üzərimdən pul qazanmaq istəyirsə, onu 3 gün yeyə bilər, ondan artıq yox"

Fərda Xudaverdiyev canlandırdığı obraz haqqında danışıb

"Taksi Liza" filmi ilə növbəti dəfə tamaşaçıların görüşünə gələn aktyor .

Son.az publika.az-a istinadla xəbər verir ki, ekran işinin qala gecəsində suallara cavab verən aktyor ifa etdiyi bütün rollara düzəlişlər etdiyini, o cümlədən bir neçə film istehsalçılarının ona borcu olduğunu etriaf edib. İkinci dəfə ailə quran aktyor şəxsi həyatı haqqında danışmaq istəməsə də, xəbəri inkar etməyib.

- Fərda bəy, növbəti film münasibəti ilə təbrik edirəm.

- Təşəkkür edirəm.

- "Taksi Liza" filmində necə obraz canlandırmısınız?

- Fərqli imicdəyəm, amerikan polisi olmaq istəyən və macəra sevən azərbaycanlı sürücü obrazını ifa etmişəm. Çox iddialı personajdır, əvvəlcə arzusunu reallaşdırmaq üçün çox canfəşanlıq nümayiş etdirir. Lakin sonda heç nə etmədən qalib gəlir. Bu xətt üzrə gülməli film çəkməyə çalışmışıq. Filmin içində mənə məxsus zarafatlar çoxluq təşkil edir.

Müasir filmlərimizi türk və hollivud istehsalı olan layihələrlə müqayisə etmək doğru deyil. Başlıca məqsədimiz insanların üzündə təbəssüm yaratmaqdır. Əvvəlcə gülün, daha sonra iradlarınızı bildirin. Əminəm ki, Azərbaycan kino sənayesi inkişaf etdikdən sonra tamaşaçılar tənqid etməyə heç nə tapmayacaq.

Filmin montajında iştirak etməmişəm, hamı kimi qala gecəsində izləyəcəm. Lakin sevindim ki, qibtə etdiyim rejissor Elxan Cəfərov filmə baxarkən haqqımda yüksək fikirlər səsləndirib.

- Filmin büdcəsi baha başa gəlib?

- Bu, film istehsalçılarının cavablandıra biləcəyi sualdır. Çəkildiyim filmlərin heç biri mənim deyil, sadəcə aktyor kimi dəvət alıb öz rolumu oynayıram. Yeri gəlmişkən, ssenaridə dialoqlarımın daha gülməli olması üçün ona dəyişiklik edirəm. Özüm də ssenaristəm, stand-uplarımın hamısını özüm yazıram. Çalışıram ki, ekran işi maraqlı və baxımlı olsun.

- Bəs sizi bahalı aktyor adlandırmaq olar?

- Mən, Elməddin Cəfərov, İslam Mehrəliyev, Müşfiq Şahverdiyev və bir neçə aktyor sevilən simalardır. Tamaşaçı onlara güvəndiyi üçün kinoteatrlara üz tutur. İstehsalçı da məcbur olaraq filmə müəyyən auditoriya toplaya bilən aktyoru çəkir. Mənə borcu olan film istehsalçıları çoxdur, lakin adlarını çəkmək istəmirəm. Onlar uğur qazanmayan filmlər siyahısına daxildir. Zəhmətimi haqqqıma girənlərə halal etmirəm. Əvvəlcə bəlli bir məbləğ danışılır, daha sonra oyunlar ortaya çıxır. İstəməzdim ki, belə hallar baş versin. Kim üzərimdən pul qazanmaq istəyirsə, onu 3 gün yeyə bilər, ondan artıq yox.

- Yenidən dram filmində çəkilmək istərdinizmi?

- Bəli, ən böyük arzumdur. "Gecə qonağı" filmi kinoteatrlarda baxılmadı, amma yutubda yayımlandıqdan sonra bomba effekti yaratdı, böyük partlayış etdi. Təəssüf ki, ikinci hissədə çəkilmədim. Dərin mənalı rollar oynamaq üçün ürəyim gedir. "Əfsanə qayıdır" filmi komediya janrında olsa da, aktyor kimi sosial yüklü mesajlar var idi.