"Gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar təkmilləşdirilməlidir"


Digərləri 23 Yan 2019 11:36:00 216 0

"Gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar təkmilləşdirilməlidir"

Gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sistemi daha da təkmilləşdirilməli, həyat səviyyəsi yüksəldilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ordudan tərxis olunan gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq lazımdır.

AHİK sədri qeyd edib ki, məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən sığorta sistemini formalaşdırmaq və tətbiqini həyata keçirmək vacibdir.

Azərbaycanda bu gün gənclərin sayının sürətlə artdığını deyən S.Möhbalıyev vurğulayıb ki, bu baxımdan onların məşğulluğu məsələləri də problem olaraq ortaya çıxır.