Arvadını 3 kişi ilə tutan ərdən qəribə reaksiya


Digərləri 23 Yan 2019 11:15:00 223 0

Arvadını 3 kişi ilə tutan ərdən qəribə reaksiya

Ötən gün Cinema Plus kinoteatrında "Taksi Liza" filminin təqdimatı keçirilib.

Komediya janrında çəkilən filmin qala gecəsində yerli məşhurlar iştirak ediblər. Filmin baş rollarına Fərda Xudaverdiyev və Xəyalə Quliyeva çəkilib. Bundan əlavə, ekran işində Zemfira Əbdülsəmədova, xalq artisti Cəfər Namiq Kamal, aktyor Faiq Mirzəyev və başqaları rol alıblar.

Onlar 7-də başlayan təqdimata 1 saat gec gəlib, jurnalistlərin suallarını cavablandırıb, fanatları ilə şəkil çəkdirdikdən sonra izləyicilərlərlə birlikdə filmi seyr ediblər.

"Taksi Liza" filminin məşhur "Taksi" filmi ilə əlaqəsi yoxdur. Burada ssenari taksi ilə əlaqəli deyil, məşhur rəssam Leonaroda Da Vinçinin Mono Liza əsərinin qaçırılması üzərində qurulub.

Fərdanın idarə etdiyi "Simuzər" adlı taksidə bir sıra maraqlı olaylar yaşanır, kino boyunca əsas obrazın başına gələn əhvalatlar gülüş doğurur.


Xəbərə aid fotolar