"Əxlaqsızlar efirə çıxıb, həyat dərsi keçir”"


Şou-biznes 23 Yan 2019 11:19:00 267 0

"Əxlaqsızlar efirə çıxıb, həyat dərsi keçir”"

Müğənni Nura Suri aparıcıları və kanalları tənqid edib

.

Son.az axşam.az-a istinadən bildirir ki, o, bununla bağlı Facebook hesabında paylaşım edərək, efirin pulla bayağı müğənnilərə satıldığını yazıb:

"Sonra da deyirlər niyə şou-biznesdə durğunluq yaranır, bayağı musiqi çoxalır? Guya sənəti, səviyyəli musiqini başa düşən qalıb ki? Zövqlü, intellektual  insanlar tükənmək üzrədir. Efir də elə bil toyxanadır. Kim pul verir, o da efirdədir. Efirini pula satıb, özünə layiq bildikləri qonaqları dəvət edirlərsə, burada danışılası, deyiləsi söz qalmır. İnsan özünə, verilişinə, dediyi sözə hörmət qoyar. Səviyyəli veriliş edin, sponsorlardan qazanın. Qonaqdan pul alıb, hər yerindən duranı niyə insanlara yedirtmək istəyirsiniz ki?

Niyə tamaşaçıya, dinləyiciyə hörmət qoymursunuz? Sabah heç kəs səviyyəli işə pul verməyəcək, savadlı aranjiman etməyəcək, klip çəkdirməyəcək. Elə pulu verib efirə çıxacaq, insanlara yuxarıdan aşağı baxacaq, tamaşaçını da aparıcını aldığı kimi tərbiyəsizliyi ilə əzəcək.