Bakıda Sobsan Boyalarının Dekorativ Premium mağazasının açılışı oldu


Digərləri 23 Yan 2019 10:25:00 331 0

Bakıda Sobsan Boyalarının Dekorativ Premium mağazasının açılışı oldu

Qafqazın və Azərbaycanın ən böyük boya istehsal müəssisəsi olan Sobsan Boyaları 20 illik istehsal tarixində daim boya sektoruna gətirdiyi yeniliklər ilə tanınıb.

Bu dəfə şirkət ənənəsinə sadiq qalaraq möhtəşəm bir yeniliyə imza atdı. Azərbaycanda ilk dəfə dekorativ boyaların istehsalını həyata keçirən Sobsanın ev sahibliyində dekorativ boyaların sərgiləndiyi "SOBSAN DEKORATİV BOYALAR" premium mağazasının möhtəşəm açılış tədbiri baş tutdu. Açılış tədbirində bir sıra dəyərli qonaqlar və media nümayəndələri iştirak etdilər.

Tədbirdə şirkətin istehsalı olan Sobsan Sədəf boya, Sobsan Travertino Boya, Sobsan Marmarino Boya, Sobsan Kreos boya və bütün digər dekorativ boyalar qonaqlara təqdim olundu. Açılış tədbirində dekorativ boyaların görünüşünün önəmi qədər keyfiyyəti və ən əsası ekoloji cəhətdən zərərsiz olmağı xüsusilə vurğulandı. Müştəri məmnuniyyətini hər zaman öndə tutan Sobsan Boyaları bu gün dekorativ boya sahəsində dünya trendlərini və texnologiyasını yaxından izləyərək bu boyaları yerli alıcılar üçün əlçatan etməyi bacarıb. Azərbaycan Boya sektorunda hər zaman keyfiyyətli, yenilikçi və müştəriyönümlü fəaliyyəti ilə tanınan Sobsan boyaları bu gün dünyada nüfuzlu olan boya şirkətləri ilə rəqabət aparacaq potensiala və imkanlara sahibdir. Sobsan Dünya Boyandıqca Gözəldir! Tel: +994 50 277 24 68 +994 50 250 80 45 (whatsapp) +994 12 436 49 14 Ünvan: Məmməd Araz 33A (Teymur Əliyev) e-mail: [email protected] www.sobsan.com  


Xəbərə aid fotolar