Müsəlmanlara qarşı böyük hörmətsizlik


Dünya 23 Yan 2019 10:11:00 260 0

Müsəlmanlara qarşı böyük hörmətsizlik

Müsəlmanlar M&S firmasını boykot etməyə çağırıblar.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb isə tualet kağızlarının üzərində ərəb hərfləri ilə "Allah" sözünün yazılmasıdır.

Sosial şəbəkələrdə yayılan videoda danışan şəxs "qardaşlar, bacılar, bu tualet kağızından almayın, çünki hər bir dənəsinin üzərində "Allah" sözü yazılıb" deyir. O bildirib ki, həmin tualet kağızlarının qiyməti 3 dollardır.

Mark and Spencer (M&S) şirkəti məsələ ilə bağlı açıqlama yayıb. Firma iddiaları təkzib edərək, "Allah" sözünə bənzədilən qismdə Aloye gülünün təsvir oldunduğunu bildirib.


Xəbərə aid fotolar