Azərbaycanda yüksək vəzifələrə vakant yerlər açıqlandı


Digərləri 23 Yan 2019 10:02:00 197 0

Azərbaycanda yüksək vəzifələrə vakant yerlər açıqlandı

Dövlət qulluğu üzrə AA, AB, AC inzibati rəhbər vəzifələr açıqlanıb.

Son.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 51 yer, AB vəzifə qrupu üzrə 417, AC vəzifə qrupu üzrə isə 1003 yer vakantdır.

Boş yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur.