Kerç boğazında baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı ölüb


Dünya 23 Yan 2019 08:54:00 191 0

Kerç boğazında baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı ölüb

Kerç boğazında baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı ölüb. Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Hadisə zamanı 16 nəfər Türkiyə vətəndaşından 8 nəfəri xilas edilib, daha 4 nəfər itkin düşüb.

Xatırladaq ki, Tanzaniya bayrağı altına üzən "Kandi" və "Maestro"gəmilərində yanğın baş verib. İlkin məlumata görə, hadisə yanacağın gəmilərin birindən digərinə ötürülməsi zamanı baş verib.