Yunan-Roma güləşçilərimiz "Təxti kuboku"nda çıxış edəcək


Digərləri 23 Yan 2019 08:58:00 184 0

Yunan-Roma güləşçilərimiz "Təxti kuboku"nda çıxış edəcək

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası İranın paytaxtı Tehranda keçiriləcək "Təxti Kuboku"na qatılacaq.

Bakı. Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası İranın paytaxtı Tehranda keçiriləcək "Təxti Kuboku"na qatılacaq. Federasiyadan Trend-ə verilən məlumata görə, yanvarın 24-də start götürəcək yarışda 10 pəhləvan mübarizə aparacaq. Yığmanın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi 82 kq) və Arif Niftullayev (97 kq) çıxış edəcək.