Şərur sakinindən narkotik götürülüb


Kriminal 23 Yan 2019 08:49:00 337 0

Şərur sakinindən narkotik götürülüb

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şərur rayon sakini Yaşar Şəfiyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 385 qram olan sellofan bükümdə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.