BƏƏ məktəblilər üçün onlayntəhsil layihəsini test edir


Digərləri 23 Yan 2019 07:10:00 246 0

BƏƏ məktəblilər üçün onlayntəhsil layihəsini test edir

Birləşmiş Ərəb Əmirliklərinin Bilik və İnsan İnkişafı Məsələləri üzrə İdarəsi "Dwight Global Online School" məktəbində onlayn-təhsil üçün ilk lisenziyanı təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu təşəbbüs "Dubay 10X" proqramında nəzərdə tutulan "Rahhal" layihəsinin tərkib hissəsidir. Məsələ bundadır ki, tezliklə BƏƏ-də uşaqları onlayn-təhsilə keçirmək imkanı yaradılacaq. İlkin məlumata görə, belə təhsil adi təhsildən xeyli ucuz olacaq.

Bilik və İnsan İnkişafı Məsələləri üzrə İdarənin Yaradıcılıq, xoşbəxtlik və innovasiyalar şöbəsinin rəisi Hind Əl Mualla bildirib ki, virtual təhsil təşəbbüsü doqquz ay ərzində test formatında həyata keçiriləcək.