Praqada "gecə meri" vəzifəsi yaradılıb


Digərləri 23 Yan 2019 06:30:00 207 0

Praqada "gecə meri" vəzifəsi yaradılıb

Yan Ştern Praqanın ilk "gecə meri" seçilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmçinin Şternə şəhərin gecə həyatının nizamlanmasında kömək məqsədi ilə komissiya yaradılıb. Gecə vaxtı barların, restoranların və sərxoş insanların, əsasən də turistlərin yaratdığı səs-küy həlli vacib olan problemlər sırasındadır.

Yan Ştern bildirib ki, şəhər rayonlarına meyxana və digər müəssisələrin bağlanma vaxtının müstəqil şəkildə təyin etməyə imkan verəcək qərarın qəbulu onun ilk addımı olacaq.