Tokionun ictimai nəqliyyatında sıxlığı azaltmaq məqsədilə kampaniyaya start verilib


Digərləri 23 Yan 2019 04:30:00 273 0

Tokionun ictimai nəqliyyatında sıxlığı azaltmaq məqsədilə kampaniyaya start verilib

Yaponiya paytaxtının hakimiyyət orqanları ictimai nəqliyyatda sıxlığı azaltmaq məqsədilə hərəkətin daha çox olduğu səhər saatlarında işə gedən insanlardan qatarlardan mümkün qədər az istifadə etməyi xahiş edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Tokio administrasiyasının rəsmi nümayəndələri gələn il Yaponiya paytaxtında keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar yanvarın 21-də bu kampaniyaya start verib.

Kampaniyada təqribən 980 şirkət və təşkilatın iştirak etdiyi bildirilir.