Fırıldaqçılar nazirin adından saxta "facebook" hesabı açaraq insanları aldadıblar


Digərləri 23 Yan 2019 01:30:00 264 0

Fırıldaqçılar nazirin adından saxta "facebook" hesabı açaraq insanları aldadıblar

Estoniyanın sosial müdafiə naziri Kaya İva fırıldaqçıların qurbanı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, naməlum şəxslər nazirin adından saxta "facebook" hesabı açaraq onun vasitəsilə vətəndaşlara cəlbedici pul kreditləri təklif ediblər. Bu barədə bəyanatla nazirin özü çıxış edib. Nazir fəaliyyət sahəsini dəyişmədiyini və bu "facebook" hesabı ilə heç bir əlaqəsi olmadığını bildirib. O bildirib ki, məsələnin araşdırılması ilə müvafiq qurumlar məşğuldur.