UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır (FOTO)


Digərləri 23 Yan 2019 00:58:34 213 0

UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır (FOTO)

Tədbir çərçivəsində təlimlərdə iştirak etmiş müəllim heyətinə sertifikatlar təqdim edilib.

Bakı. Bu gün UNEC-də rektor, professor Ədalət Muradovun iştirakı ilə “Mühasibat uçotu və audit” kafedrası, “İqtisadiyyat” (rus dili) kafedrasının “Mühasibat uçotu” və marketinq fənnini tədris edən əməkdaşları üçün yeni sillabus əsasında təlimlər keçmiş müəllim heyətinə sertifikatların verilməsi mərasimi keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirin açılışı zamanı rektor, professor Ə.Muradov inkişaf üçün hərəkətin və istiqaməti düzgün müəyyən etməyin zəruri olduğunu vurğuladı. UNEC qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün zəruri potensiala sahibdir, lakin bu potensialın artırılması böyük əhəmiyyətə malikdir. Məhz bu məqsədlə UNEC-də mütəmadi olaraq müəllim heyəti üçün peşəkar təlimlər keçirilir, yay və qış məktəbləri təşkil olunur.