Azərbaycanın Livandakı səfiri:“Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır”


Digərləri 22 Yan 2019 23:59:00 228 0

Azərbaycanın Livandakı səfiri:“Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır”

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsimninin şərəfinə "Nəsimi ili" elan olunub. Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunacaq.  

Məlum olduğu kimi, Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğrur.

Azərbaycanın hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir. Ölkəmizin Suriya ilə münasibətləri Livandakı səfirliyimiz vasitəsilə tənzimlənir.

Son.az modern.az-a istinadən bildirir ki, Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov müsahibə verib:

- Cənab səfir, bildiyiniz kimi, 2019-cu il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda "Nəsimi ili" elan olunub. Sərəncamı necə qiymətləndirirsiz? Səfirlik olaraq, Nəsiminin məzarına nəzarət edə bilirsizmi?

- Əvvəla, cənab Prezidentin sərəncamını yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu çox yaxşı təşəbbüsdür. Qaldı ki, Nəsiminin məzarına nəzarət etməyimizə, hazırda Suriyada onun qohumlarının yaşadığını deyə bilərəm. Bildiyiniz kimi, Suriya münaqişə ocağıdır. Açığı, Nəsiminin məzarının olduğu yerə gedib-gəlməyimiz çətindir. Ora səfər etməyimiz bir qədər müşkül məsələdir. Sadəcə, onu söyləyə bilərəm ki, bu günə kimi Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır.

- Vaxtaşırı qohumları ilə əlaqə saxlayıb, real vəziyyət barədə informasiya əldə edə bilirsinizmi?