Kök hüceyrəsilə yaradılan diş iki aya başa gəlir


Digərləri 22 Yan 2019 23:45:00 218 0

Kök hüceyrəsilə yaradılan diş iki aya başa gəlir

Kök hüceyrə texnologiyası həqiqətən elmin nə qədər möhtəşəm olduğunu göstərən möcüzələrdən biridir. Bəs dişlərimizi kök hüceyrəsilə geri ala bilərikmi? Diş itirmək heç bir insanın istədiyi bir hal deyil. Yaşlandıqca daha da azalan dişlərimiz müxtəlif tətbiqlər olsa da, heç biri öz dişimizin yerini tutmur. İmplantlar, taxma dişlər, plomblar çənə sümüyümüzü sanki inşaat sahəsinə çevirən alətlərdən başqa bir şey deyil. Bütün bu səbəblərdən ötəri kök hüceyrə müalicəsinə ümid bağlayan çox adam var.

Son.az deyerler.org-a istinadən bildirir ki, araşdırma Yeni Kolombiya Universiteti Toxuma Mühəndisliyi və Regenerativ Tibb Laboratoriyasından dr.Ceremy Mao və professor Edvard V. Zeqarelli liderliyində reallaşdırıldı. Araşdırmaçılar kök hüceyrələri təbii vəsaitlərdən çıxarılan bir növ quruluş körpüsünün içinə daşımanın yolunu tapdıqlarına inanırlar. Kök hüceyrələr körpünü doldurmağa başlayınca ağıza yerləşdirilir və diş bu yuvada böyüməyə başlayır. Sonrasında ətraf toxumalar bu yeni dişi qucaqlayaraq birləşirlər. Bu sanki bir inşaatı meydana gətirən kərpiclərə bənzəyir. Anatomik olaraq əsl dişin meydana gəlməsi 9 həftə kimi qısa bir zamanda reallaşır.