Quranda adları çəkilən Harun, Harut və Qarun eyni şəxslərdirmi?


Digərləri 22 Yan 2019 23:15:00 230 0

Quranda adları çəkilən Harun, Harut və Qarun eyni şəxslərdirmi?

Quranda çəkilən bu 3 ad fərqli şəxslərə məxsusdur.

Həzrət Harun (ə) Həzrət Musanın (ə) qardaşı və ən yaxın yardımçısı olmuşdur. Allah-Taala Həzrət Haruna (ə) da peyğəmbərlik verdi və Həzrət Musa (ə) özündən sonra onu canişin təyin etdi.

Son.az islam.az-a istinadən bildirir ki, Harut Qurani-Kərimdə iki mələkdən birinin (Harut və Marut) adı kimi çəkilir. Bəzi alimlər bunların mələk deyil, iki sehrbaz olduğunu yazırlar. Quranda bunların əhvalatı təsvir edilib, ətraflı məlumat üçün təfsir kitablarına müraciət etmək lazımdır.