Cənnət Səlimova teatrda baş verən inanılmaz olaylardan danışdı


Digərləri 22 Yan 2019 23:03:00 255 0

Cənnət Səlimova teatrda baş verən inanılmaz olaylardan danışdı

Bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (GTT) rəhbərliyi 65 yaşa çatmış aktyorları ştatdan kənarlaşdırmaq və onlarla müqavilə əsasında əməkdaşlıq etmək barədə qərar qəbul edib. Bu qərar ən çox Azərbaycanın xalq artisti, teatrın quruluşçu rejissoru Cənnət Səlimovanı incidib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o özü bunu etiraf edib.

- Cənnət xanım, GTT rəhbərliyinin yaşlı nəsildən olan aktyorlarla bağlı qərarını necə qarşıladız?

- Bu, böyük ədalətsizlikdir. Dramaturgiya təkcə gənclər üçün yazılmır. Orada ana, ata, nənə və babalar da iştirak edir. Mən başa düşə bilmirəm ki, bütün bu böyük rollarını kim oynayacaq?! Qocaları qovub truppanı gənclərlə doldurmaq düşünülməmiş qərardır. Mən hər dəfə Rusiya telekanallarına baxanda görürəm ki, onlar necə böyük qürur hissi ilə yaşı artıq 85-i keçmiş məşhur rus aktyorlarının yubileylərini qeyd edirlər. Onlar bu yaşlarına baxmayaraq, hələ də işləməyə davam edirlər. Təcrübəni, biliyi və əlbəttə ki, istedadı sadəcə gəncliyə dəyişmək olmaz.

Dəyişiklik zəruridir və bu, təbii yolla baş verməlidir, yoxsa, "gənclərə yer verirəm" deyə adamı qovub dalınca qapını bağlayaraq deyil. Bu, doğru deyil. Bu, hətta gənclərin özünü belə düzgün tərbiyə eləmir. Rəhbərlik teatrın siyasətini elə müəyyənləşdirməlidir ki, orada hamıya yer olsun, yaşlıya da, cavana da. Əgər aktyorun səhhəti səhnədə oynamağa imkan vermirsə, bu, başa düşüləndir, onda o, pensiyaya gedəcək. Amma əgər adam tamamilə sağlamdırsa, niyə işdən getməlidir? Misal üçün, Ağaxan Salmanlı. Əvvəla, tamaşaçılar onu tanıyır və sevir, ikincisi, onun istedadını, səhnə təcrübəsini heç bir gənc əvəz edə bilməz. Sonra da, onun rolunu kim oynayacaq? Axı o, cavan oğlan rolunu oynamır, həyatını yaşamış insanların rolunu oynayır.

- Niyə bu qəbildən olan problemlər həmişə GTT aktyorlarının başına gəlir?

- Bu ona görə baş verir ki, yazıq aktyorlar teatr rəhbərliyinin və Mədəniyyət Nazirliyinin düşüncəsiz hərəkətlərinə görə cavab verməli olurlar. Kiminsə başına belə bir ideya gəlib ki, tamamilə başqa istiqamətlərdə olan teatrları bir dam altında birləşdirsin. Hazırda GTT-də daha 2 teatr - Gənclər Teatrı və Bakı Kamera Teatrı da fəaliyyət göstərir. Əgər GTT öz həyatını yaşasaydı, onda heç kəsi qovmaq lazım gəlməzdi. Bütün aktyorlar da paytaxtdakı digər teatrlarda olduğu kimi, öz işlərində işləyərdilər. Onlar üç teatrı birləşdirəndə heç kim düşünmədi ki, bu nə dərəcədə mümkündür. Axırda tamamilə şişmiş bir truppa alın. İndi isə qocaların hesabına balans yaratmaq qərarına gəliblər. Başa düşmürəm ki, onların düşüncəsiz hərəkətlərinin bədəlini niyə yazıq aktyorlar ödəməlidir.

Artıq uzun illərdir bu teatrda işləyirəm və düzünü desəm, məndə belə bir hiss var ki, sanki orada qanunsuz işləyirəm, baxmayaraq ki, mənim təcrübəmi, biliklərimi, qabiliyyətimi heç bir gənc əvəz edə bilməz. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Hətta bizim teatrda işləyən rejissorları da öyrədirəm. Amma bu şəraitdə mən özümü son dərəcə narahat və uyğunsuz hiss edirəm. Həmişə fikirləşirəm ki, əgər bu aktyorların yerində mən olsaydım, necə olardı? Əgər məni də belə qovsaydılar, özümü çox təhqir edilmiş, alçaldılmış və incidilmiş hesab edərdim.

- Ümumiyyətlə, Azərbaycan teatrlarının indiki vəziyyətini necə qiymətləndirirsiz?