Azərbaycan nefti bahalaşıb


Digərləri 22 Yan 2019 23:07:00 177 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,5 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 60,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,86 dollar/barel azdır.