"Atam hələ bir müddət ayağa qalxa bilməz"


Digərləri 22 Yan 2019 22:57:00 244 0

"Atam hələ bir müddət ayağa qalxa bilməz"

"Atam hazırda özünü yaxşı hiss edir. Həkimlərin sözlərinə görə sağalma prosesi gözlədiklərindən daha yaxşı gedir".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu sözləri açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

C.Əzizbəylinin sözlərinə görə, növbəti ayağa stendin nə zaman qoyulması ilə bağlı hələ ki, konkret qərar verilməyib: "Təxminən 15 gündən sonra həkimlər atamın digər ayağı ilə bağlı konkret qərar verəcəklər. Lakin hələ ki, digər ayağındakı vəziyyəti pis qiymətləndirmək olmaz. Çünki atamın əməliyyat olunmayan ayağında istilik var. Bu isə onu göstərir ki, həmin ayaqda qan dövran edir".

Xalq artistinin qızı atasını bir müddət yataqda olacağını bildirib: "Atam əməliyyatla əlaqədar olaraq bir müddət ayağa qalxa, dabanına basa bilməz. Həkimlər bu vəziyyətin 2 ayadək davam edə biləcəyini söyləyib".