Transseksualların orduya çağırışı qadağan edildi


Dünya 22 Yan 2019 22:37:00 221 0

Transseksualların orduya çağırışı qadağan edildi

ABŞ Konstitusiya Məhkəməsi prezident Donald Tramp tərəfindən təqdim olunan transseksualların ABŞ ordusunda qulluq etməməsinə dair qanun layihəsini təsdiq edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Tramp 2017-ci ilin iyul ayında ordu generalları və hərbi ekspertlərlə məsləhətləşmələrdən sonra transseksualların orduda qulluq etmələrinə qadağa qoyulması barədə göstəriş vermişdi.

Özünün Tweeter səhifəsində Tramp ordunun diqqəti transseksual əsgərlərin problemlərinə və böyük tibbi xərclərinə deyil, qalibiyyətə yönəltməli olduğunu yazıb.