Bu qüssədən başqa, hər bir qüssənin fərəci vardır


Digərləri 22 Yan 2019 22:20:00 200 0

Bu qüssədən başqa, hər bir qüssənin fərəci vardır

Qiyamətin xüsusiyyətlərindən biri də budur ki, nemətləri və cəzaları əbədidir. Ona görə də şadlıqları da, qəmləri də əbədidir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim buyurur: "Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr, (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!". ("Həcc" 22).

Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir qüssənin fərəci vardır, atəş əhlinin qəm və qüssəsindən başqa ki, sona çatmır".

Ancaq əksinə - behişt əhli əbədi nemət içində olduqları üçün, çox şaddırlar. Allah Təala saleh əməllərinə görə onları behiştə daxil etmişdir. (Həvzəh)

"Və deyərlər: "(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri)bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir"". ("Fatir" 34).

Bəs kimlərin qəmi başqalarına nisbətən daha çoxdur? Kimlər əbədi olaraq cəhənnəmdə qalacaqlar?

1. Kafirlər. "Kafir olan və Bizim (tövhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar". ("Bəqərə" 39).

2. Münafiqlər. "Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir". ("Tövbə" 68).