Parlaq saçlara sahib olmaq üçün


Digərləri 22 Yan 2019 22:25:00 227 0

Parlaq saçlara sahib olmaq üçün

Bütün qadınlar saçlarının parlaq və qüsursuz olmasını arzulayır. Bunun üçün təkcə şampun və digər vasitələrə üz tutmaya da bilərsiniz.

Son.az saglamolun.az-a istinadən bildirir ki, saçlara qovuşmaq üçün lazım olan 10 təbii üsulla sizi tanış edir.

Yağ maskaları

Zeytun yağı və ya badam yağını saçlarınıza yavaşca masaj edərək yedirin. Xüsusilə boyalı saçların uc hissələrindən yuxarıya doğru çəkin. Sonra saçlarınızı isti bir dəsmalla bükün. Dəsmalı isti suyla islatdıqdan sonra yaxşıca sıxmalısınız. Prosesi əllərinizdə əlcəklə yerinə yetirin.

Soyuq su

Duşdan çıxmazdan əvvəl saçlarınızı soyuq suyla durulayın. Lakin bunu qəfil etməyin. Başınızı önə əyib əvvəl ilıq suyla yaxalayın, sonra yavaş-yavaş suyun dərəcəsini azaldın. Beləcə, üşüməzsiniz. Hər dəfə duşa girəndə bu üsulu tətbiq edin.

Təbii saç fırçası

Təbii saç fırçaları saçın təbii yağını bərabər olaraq paylayar, bu da saçlarınızın daha parlaq görünməsini təmin edir.

Spirtsiz kosmetik məhsullar

Spirtin saçları qurutmağı sirr deyil. Saç köpüyü kimi saça forma verən bir çox məhsulların tərkibində spirt var. Tərkibində spirt olmayan və ya təbii məhsullara üz tutun.