Yəhudilər Allahın seçilmiş xalqıdır?


Digərləri 22 Yan 2019 22:14:00 250 0

Yəhudilər Allahın seçilmiş xalqıdır?

Xəritədə elə bir ölkə tapmaq mümkün deyil ki, yəhudi millətinin nümayəndələri orada məskən salmasın. Bütün ölkələrdə bu millətin nümayəndələrinə yerli sakinlər ehtiyatla və antipatiyayla yanaşırlar.

Bəs yəhudiləri başqa millətlərdən fərqləndirən cəhətlər hansılardır?

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sırada siyasi, dini, iqtisadi və mənəvi amilləri sadalamaq olar.

Siyasət

İsrail dünyada ən mübahisəli ölkələrdən biridir, demək olar ki, təsadüfən və ingilislərin iradəsi ilə yaradılıb. Hazırda İsrailin baş naziri postunu konservativ-millətçi Likud partiyasının sədri Benyamin Netanyahu tutur. Bu partiyanın proqramı suveren dövlət kimi Fələstin Dövlətinin yaradılmasını tamamilə rədd edir.

Zaman keçdikcə, ilk növbədə ABŞ administrasiyasının təzyiqləri nəticəsində Netanyahu öz radikal mövqeyini bir qədər yumşaldıb, görünür, bu, həm də daxili və xarici tənqidlərlə bağlıdır. Amma İsrailin İrana qarşı münasibəti yəhudilərin xeyrinə olmayıb. Belə siyasətin nəticəsində çox adam israilliləri pisləyir.

Dövlətin təcavüzkar siyasəti digər ölkələrin nümayəndələrinin xoşuna gələ bilməz. Buna görə də yəhudilər avtomatik olaraq qəddar və inadkar millət kimi qəbul edilir. Əlbəttə, bu fikir düzgün deyil, axı siyasət və insanlar fərqli anlayışlardır.

Cəfakeş obrazı

Tarix yəhudilərlə bəzən amansızcasına rəftar edib. Bu, xüsusilə İkinci Dünya Müharibəsi dövrünə aiddir, yəhudi milləti bir çox ölkələrdə təqiblərə və qırğına məruz qalıb. Şübhəsiz ki, bu, tarixin rüsvayçı səhifəsidir.

Onu da qeyd etmək lazımdır ki, müharibədə nəinki yəhudilər, eləcə də polyaklar, ukraynalılar, belaruslar, çoxlu rus, italyan, alman və azərbaycanlılar da həlak olub. Amma "cəfakeşi" tərzindən yalnız yəhudilər fəal istifadə edirlər. Nəticə etibarı ilə bu da başqa millətlər arasında ədavət doğurur.

Tanrının seçilmiş xalqı olmaları haqqında əfsanə

İndi isə keçək dini mövzulara... Yəhudilər özlərini Allahın seçilmiş xalqı hesab edir. Fəlsəfə və ilahiyyat dərinliklərində batmamaq üçün bu ideyanın haradan yarandığı haqqında ətraflı danışmalı olmayacağıq. Yalnız onu deyə bilərik ki, onların Allahın seçilmiş xalqı olması barədə nəzəriyyəsi bütün yəhudi dini cərəyanlarında mövcuddur.

Bu və ya digər dini nəzəriyyələri qınamaq haqqımız yoxdur. Amma yəhudilərin müstəsna xalq olması barədə fikirləri digər ölkələrdə və millətlərdə onlara qarşı tamamilə məntiqli dözümsüzlük yaradır.