Kişilərin bu aksesuarı beyin qan dövranını pozur


Digərləri 22 Yan 2019 22:05:00 244 0

Kişilərin bu aksesuarı beyin qan dövranını pozur

Şlezviq-Qolstayn Universitetinin (Almaniya) Tibb mərkəzinin alimləri sübut edir ki, qalstuk taxmaq beyin qan dövranına mənfi təsir edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlər eksperiment zamanı 2 qrup cavan sağlam kişilərə nəzarət edirdi. Bir qrupda olanlar qalstuk taxırdı və gün ərzində onu çıxartmırdı, digər qrupda olanlar isə ümumiyyətlə qalstuk taxmırdı.

Müayinə zamanı məlum olub ki, birinci qrupda olan kişilərin əksəriyyətində beyin qan dövranında pozulmalar var. 2-ci qrupda olanlarda isə bu pozulmalara rast gəlinməyib.