Dehlidən Bakıya birbaşa uçuşlar ola bilər


Digərləri 22 Yan 2019 21:51:00 221 0

Dehlidən Bakıya birbaşa uçuşlar ola bilər

Gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu "Times of India" informasiya agentliyinə müsahibəsində deyib.

Büro rəhbəri əlavə edib ki, hazırda hindistanlı turistlər üçün Azərbaycana uçuşlar əsasən Körfəz ölkələri üzərindən həyata keçirilir.