Həzrət Fatimənin ardıcılı əvvəlaxır mütləq behiştdə olacaq


Digərləri 22 Yan 2019 21:55:00 210 0

Həzrət Fatimənin ardıcılı əvvəlaxır mütləq behiştdə olacaq

Bir kişi həyat yoldaşına deyir ki, Peyğəmbərin (s) qızı Fatimənin (s.ə) yanına get və mənim haqqımda sual ver ki, mən onun davamçısıyam, yoxsa yox?

Son.az deyerler.org-a istinadən bildirir ki, həyat yoldaşı da Xanımın (s.ə) yanına gəlir və bu sualı verir.

Xanım (s.ə) buyurur: "Ona de ki, əgər ona əmr etdiyimizi yerinə yetiribdirsə və qadağan etdiyimizdən çəkinibdirsə - o, bizim davamçılarımızdandır".

Həyat yoldaşı gəlir və Xanımın (s.ə) sözlərini ərinə deyir. Əri deyir: "Vay olsun mənə! Kim günah və xatadan uzaqdır ki? Ona görə də mən həmişəlik cəhənnəmdəyəm. Çünki hər kim onların davamçısı olmaz, həmişə cəhənnəm atəşində olar".