AŞ baş katibi: Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin


Siyasət 22 Yan 2019 21:44:00 240 0

AŞ baş katibi: Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin

Sizdən xahiş edirəm, Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Şuranın baş katibi Torbyorn Yaqland qurumun Niderlanddan olan üzvü, Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə fərqlənən Piter Omziqin sualına cavab olaraq bildirib.

İclasda Piter Omziq yenə də qərəzli və təxribatçı sualı ilə diqqəti cəlb etmək istəsə də, Avropa Şurasının baş katibi onu yerində oturdub.