Kəbənin yanındakı yarımdairə şəklində divar nədir?


Digərləri 22 Yan 2019 21:45:00 250 0

Kəbənin yanındakı yarımdairə şəklində divar nədir?

Məkkədə Kəbənin şimal divarının qarşısında, Şam və İraq rüknlərinin (künclərinin) arasında hündürlüyü təqribən 1,3 metr olan yarımdairəvi divar var. Yarımdairənin içərisi mərmərlə döşənib.

Son.az islam.az-a istinadən bildirir ki, bura Hicri-İsmail deyirlər. Rəvayətə görə, Həzrət İsmail Peyğəmbər (ə) anası Hacərlə birlikdə burada çadır qurub yaşamışlar. Hacərin məzarı da Hicri-İsmailin içərisində yerləşir. Bəzi rəvayətlərdə deyilir ki, Hicri-İsmaildə bir neçə peyğəmbər dəfn olunub. İsmail Peyğəmbərin (ə) də məzarının burada olduğunu yazırlar.