Quru dəri üçün olan maskalar


Digərləri 22 Yan 2019 21:25:00 269 0

Quru dəri üçün olan maskalar

Qidalandırıcı maskalar

- 1 xörək qaşığı bal, 2 xörək qaşığı bitki yağı və 2 yumurta sarısını yaxşıca qarışdırın.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alınan maskanı azca qızdırdıqdan sonra hər 5 dəqiqədən bir olmaqla bir neçə dəfə üzünüzə çəkin. Sonra cökə ağacı çiçəyindən hazırlanmış dəmləmə və ya adi qaynanmış ilıq suda isladılmış tamponla silin.

- 1 xörək qaşığı yağlı kəsmik və 1 xörək qaşığı yağlı qaymağı yaxşı-yaxşı qarışdırdıqdan sonra dərinizə sürtüb 20 dəqiqə saxlayın.

- Zeytun, çaytikanı, badam və ya ərik yağını azca qızdırın. Üzərində gözlər üçün dəliklər açılmış tənzif salfeti yağın içərisində yaxşıca islatdıqdan sonra onu 10 dəqiqə müddətinə üzünüzə qoyun. Bu maskadan sonra dəriyə krem çəkilmir.

- Əriyin yumşaq ətli hissəsini qatı qarışıq alınana qədər yağlı xama ilə qarışdırın, üzünüzə çəkin və 15 dəqiqə saxlayın.

- Suda bişirilmiş kartofu süd və yumurta sarısı ilə qarışdırın. Maskanı üzünüzə çəkib 15-20 dəqiqə saxlayın.