Yaqland azərbaycanlı məcburi köçkünlərin məsələsinin həll edilməməsini pisləyib


Siyasət 22 Yan 2019 21:18:00 219 0

Yaqland azərbaycanlı məcburi köçkünlərin məsələsinin həll edilməməsini pisləyib

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı Ermənistanın işğalı altındakı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan olan azərbaycanlı məcburi köçkünlərin məsələsinin fövqəladə ciddi olduğunu bildirib.

Son.az "Report"a istinadən bildirir ki, T.Yaqland Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun Azərbaycanın işğal olunmuş ərazilərindən bir milyon məcburi köçkünün məsələsinə dair sualına cavab olaraq bu məsələnin bu günə kimi həll edilməməsini pisləyib.

O bildirib ki, azərbaycanlı məcburi köçkünlərin hələ də öz doğma yurd-yuvalarına qayıtmaması təəssüf doğurur