Köçəryan Paşinyana qalib gəldi


Dünya 22 Yan 2019 20:34:00 237 0

Köçəryan Paşinyana qalib gəldi

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan "1in.am" saytına məhkəmədə qalib gəlib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Köçəryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan deyib. Qərara əsasən, məhkəmə saytın Köçəryanla bağlı yayımladığı məqalə ilə bağlı təkzib dərc etməlidir.

Qeyd edək ki, "1in.am" saytını Köçəryan 2018-ci ilin yayında məhkəməyə verib. Buna səbəb saytın 2008-ci ildəki aksiyalar zamanı etirazçılara atəş açmaq əmrini Köçəryanın verməsi barədə iddiasıdır.