Erməni deputat yenidən həbs olunacaq


Digərləri 22 Yan 2019 20:13:00 209 0

Erməni deputat yenidən həbs olunacaq

Ermənistanlı deputat Manvel Qriqoryan yenidən həbs oluna bilər

Bakı. Ermənistanlı deputat Manvel Qriqoryan yenidən həbs oluna bilər. Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə apellyasiya məhkəməsi hökm verib. Qeyd edək ki, M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda və iri məbləğdə vəsaiti mənimsəməkdə təqsirli bilinib. Ötən ay birinci instansiya məhkəməsi deputatı girov müqabilində azadlığa buraxmaq qərarı vermişdi.