Ötən il Azərbaycan əhalisinin gəliri nə qədər olub?


Digərləri 22 Yan 2019 20:08:00 204 0

Ötən il Azərbaycan əhalisinin gəliri nə qədər olub?

2018-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 9,2 faiz artaraq 53 milyard 688,6 milyon manata çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, əhalinin hər nəfərinə düşən gəlirlər 5467,4 manat və ya ayda orta hesabla 455,6 manat təşkil edib.