Polisin nəzarətə götürdüyü mənzildə görün nə aşkarlandı...


Digərləri 22 Yan 2019 19:44:00 242 0

Polisin nəzarətə götürdüyü mənzildə görün nə aşkarlandı...

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi gizli obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, Baş İdarəyə paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən mənzillərdən birində "Texas Holdem Poker"  adlı kart qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

   Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri Elçin Quliyev və Rüfət Yüzbaşov, həmçinin orada qumar oynayan daha 8 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma zamanı E.Quliyevin  R.Yüzbaşovla birlikdə  kirayəyə götürdükləri həmin mənzildə qanunsuz poker qumar oyunları təşkil etdikləri sübuta yetirilib.


Xəbərə aid fotolar