Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub


Siyasət 22 Yan 2019 19:45:00 203 0

Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransanın "Total" şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə "Total" şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən "Abşeron" layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.