DİQQƏT! Sabah Bakının bu rayonlarında qaz olmayacaq


Digərləri 22 Yan 2019 19:21:00 239 0

DİQQƏT! Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bir sıra yerlərində qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 525-ci məhəllə ünvanında mövcud diametri 219 mm-lik qaz xətti ləğv edilir, yeni çəkilmiş diametri 108 mm-lik qaz xətti müvcud şəbəkəyə qoşulur, Suraxanı rayonu ərazisində qaz tənzimləyici quraşdırılır, Səbail rayonu, Salyan şossesində (jurnalistlərin binasının yanı) isə yeraltı diametri 159 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsi yeni çəkilmiş qaz xətti ilə əvəz edilir.

Bununla əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsi və Əmircan qəsəbəsində, eləcə də Səbail rayonu, 20-ci sahə yaşayış massivi və Badamdar qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.