Mourinyodan Emeriyə Özil məsləhəti


İdman 22 Yan 2019 19:30:00 237 0

Mourinyodan Emeriyə Özil məsləhəti

Joze Mourinyo Arsenal-ın baş məşqçisi Unai Emeriyə məsləhət verib.

Goal.az xəbər verir ki, Joze həmkarına Mesut Özillə bağlı tövsiyə edib. O, Mesutun yaxşı oynaması üçün onunla münasibətdə balansın qorunmasının vacib olduğunu deyib:

"Özil mənim rəhbərliyim altında əla oynayırdı. Özil elə bir futbolçudur ki, onun sakitləşməyə və köklənməyə ehtiyacı olur. Siz onunla yumşaq davranacaqsınızsa, onda o, meydanda aqressiv olmayacaq. Çünki Məsut təbiətcə fiziki cəhətdən möhkəm və aqressiv birisi deyil. Ancaq siz onunla tamamilə sərt də davrana bilməzsiniz. Bir qədər qayğı və sevgi də lazımdır. Bir sözlə, onunla münasibətdə düzgün balansı tapmaq vacibdir”.